Dünya

Təyyarə yaşayış binasının üzərinə düşdü: 35 ölü - YENİLƏNİB

3 Avqust 2015 15:50
0 Şərh     Baxış: 1 627
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:50

Suriyada hərbi təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində ölənlərin sayı 35-ə çatıb.

APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, bunu Suriya Mülki Müdafiə Qoşunlarının nümayəndəsi Rami Kurabi bildirib.
 
Onun sözlərinə görə, hökumət qüvvələrinə məxsus hərbi təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində 35 mülki vətəndaş həyatını itirib, 120 nəfər xəsarət alıb.
 
Təyyarənin düşdüyü yerdə 6 binanın yerlə yeksan olduğu bildirilir. Məlumatlara əsasən, dağıntılar altından çoxlu sayda ölü və yaralı çıxarılıb.
 
Suriya İnsan Haqlarına Nəzarət Təşkilatının rəhbəri Rami Abdülrahman təyyarənin texniki  nasazlıq nəticəsində qəzaya uğradığını iddia edib. Qeyd edək ki, Erixa Suriya ordusunun əsas istinadgahlarından biri olub. Bu ilin mayında isə müxalif qüvvələrin əlinə keçib. Bu arada bəzi mənbələr qəza baş verdiyi qəsəbənin Əsəd qüvvələrinin hücumuna məruz qaldığı barədə məlumat yayıb.

----------

14:22

Suriyada Erix bölgəsində hərbi təyyarə yaşayış binasının üzərinə düşüb. Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, Suriya ordusuna məxsus təyyarənin düşməsi nəticəsində ən azı 20 nəfər həlak olub, onlarla adam xəsarət alıb.

Erix rayonu İdlib şəhəri yaxınlığında yerləşir və Suriya ordusunun istinad məntəqəsi idi. Ancaq yazın sonunda müxalifət qüvvələrinin nəzarətinə keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.