Dünya

Pilotu həlak olan helikopter qəzasının görüntüləri yayıldı - VİDEO

3 Avqust 2015 09:38
0 Şərh     Baxış: 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Ryazan vilayətində keçirilən aviaşou zamanı baş verən helikopter qəzasının videosu yayılıb.

Anspress-in məlumatına görə, Mi-28 hərbi helikopteri xüsusi hərbi elementi yerinə yetirən zaman yerə çırpılıb və alışmağa başlayıb. 

Yayılan videoda görünür ki, insanlar əvvəl qəzanın olduğunu yox, hərbi elementin davam etdiyini düşünüblər. Lakin helikopter yerə düşüb alışandan sonra qəza baş verdiyi anlaşılır. 

Helikopterdə olan pilotlardan biri - 45 yaşlı podpolkovnik zamanında katapultu açmayıb və həlak olub. Digər pilot isə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, avqustun 2-sindən Ryazan şəhərində "Dubroviçi" aviapoliqonunda beynəlxalq konkurs keçirilir. Yerli KİV-in yazdığına görə, konkursda 4 ölkədən - Rusiya, Belarus, Qazaxıstan və Çindən 50-dən çox ekipaj iştirak edir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.