Dünya

İŞİD-in Rusiyadakı əli: öldürülən 8 silahlıdan biri məşhur terrorçu idi - YENİLƏNİB

2 Avqust 2015 18:51
1 Şərh     Baxış: 1 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:51

İnquleştiyanın Çeçenistanla sərhədində öldürülən 8 yaraqlının İŞİD-ə bağlı olduğu açıqlanıb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsindən bildirilib. Zərərsizləşdirilən silahlılar arasında Adam Tagilovun meyidi tanınıb. O, 2014-cü ildə Qroznıda hökumət strukturlarının binalarına hücumun təşkilində günahlandırılır.
 
Hadisə yerində xeyli silah-sursat aşkarlanıb.  

------------

16:01

İnquşetiya Respublikasının Çeçenistanla sərhəddə yerləşən Sunjensk rayonunun Datıx kəndi ərazisində 8 nəfərdən ibarət silahlı qrup zərərsizləşdirilib.

APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, artilleriyanın da iştirakı ilə aparılan əməliyyat nəticəsində öldürülmüş yaraqlıların şəxsiyyəti müəyyənləşdirilir.
 
İlkin məlumata görə, onlar Açxoy-Martan silahlı qrupunun üzvləridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.