Dünya

Ofisiantlara 2 min bəxşiş verdi

2 Avqust 2015 11:17
2 Şərh     Baxış: 1 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dünyanın ən varlıları" siyahısında 34-cü yerdə olan ərəb iş adamı şahzadə Əl Vəlid Bin Talal Muğlanın Marmaris bölgəsindəki tətilini başa vurub.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, istirahətinin son gecəsində Talal ofisiantlara 2 min dollar bəxşiş verib. 

O, eyni zamanda Marmarisdə bəyəndiyi bir yaxtanı satın alıb. Əl Vəlid gəmini hazırlayan şirkətin sahibləri ilə görüşüb və 40 milyon dollara razılaşıb. 

Ailəsi və 35 işçisi ilə dincələn iş adamı jurnalistlərlə xatirə şəkli də çəkdirib. Şahzadə ailəsinin şəkillərinin çəkilməməsini xahiş edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.