Dünya

Azərbaycanlılar müsəlman batalyonuna can atır

1 Avqust 2015 22:22
22 Şərh     Baxış: 2 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada müsəlman batalyon yaradılacaq. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə prezident Pyotr Poroşenkonun krım-tatar xalqının işi üzrə xüsusi nümayəndəsi Mustafa Cemilev bəyan edib.

"Hazırda müsəlman batalyonunun yaradılması barədə qərar qəbul olunub. Batalyon Ukraynanın Müdafiə Nazirliyinə tabe olacaq və əsasən Krımla həmsərhəd Xerson vilayətində yerləşəcək", - Cemilev Ankarada Krım tatarlarının II Ümumdünya konqresində çıxışında deyib.  

Cemilevin sözlərinə görə, artıq kifayət qədər çeçen, inquş, azərbaycanlı, özbək və digər millətlərin nümayəndələri bu batalyonda xidmət etmək istəklərini bildiriblər. Onlar Ukraynanın ərazi bütövlüyünün bərpasına öz töhfələrini vermək niyyətindədirlər. 
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.