Dünya

Türk bayrağını tapdalayan xain öldürüldü

1 Avqust 2015 22:11
12 Şərh     Baxış: 3 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə hərbi təyyarələri İraqın şimalındakı PKK hədəflərini yenidən bombalayıb. 28 ədəd "F-16"-nın iştirak etdiyi əməliyyata, "Şəhid Həmzə Yıldırım" adı verilib.

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, əməliyyat zamanı 100-dən çox hədəf vurulub. PKK-ya aid 15 mağara, 4 yeraltı sığınacaq, 2 silah deposu və digər hədəflər vurulub. 260-dan çox terrorçunun öldürüldüyü, 380-400 terrorçunun isə yaralandığı deyilir. Yaralılar arasında HDP (Xalqların Demokrat Partiyası) sədri Səlahəttin Dəmirtaşın qardaşı da var.

Ölkə daxilində isə həbs edilənlərin sayı hər gün daha da artır. Müxtəlif bölgələrdə terrorçuların xain tələlərinə qarşı əməliyyatlar keçirilib və ümumlikdə 5 terrorçu öldürülüb. Öldürülənlər arasında Türkiyə bayrağını tapdalayaraq şəkil çəkdirən PKK tərəfdarı da var.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.