Dünya

Putinin mətbuat katibinin toyu oldu

1 Avqust 2015 20:08
0 Şərh     Baxış: 1 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov və fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Tatyana Navkanın bu gün toyu olub.
Milli.Az TASS-a istinadən bildirir ki, nikah və toy Soçi şəhərində idi. "Rodina" otelinə aralarında siyasətçilər, məşhur idmançılar və mədəniyyət xadimləri olan onlarla qonaq dəvət edilmişdi.
47 yaşlı Peskov və 40 yaşlı Navka arasında münasibətlər 2010-cu ilin yayında başlanıb. Onlar qeyri-rəsmi nikahda yaşayırdılar. Bu izdivacda ötən il Nadejda adlı qız doğulub.
Tatyana Navka indiyədək bir, Dmitri Peskov isə iki dəfə nikahda olublar.
Sabiq məşqçisi Aleksandr Julinlə nikahdan Navkanın Aleksandra adlı qızı var. Peskovun isə əvvəllki nikahlardan iki oğlu və bir qızı var.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.