Dünya

Klintonların gəlirləri: 8 ilə 140 milyon dollar

1 Avqust 2015 13:18
1 Şərh     Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın sabiq prezidenti Bill Klinton və onun xanımı, keçmiş dövlət katibi Hillari Klinton 2007-2014-cü illərdə təqribən 140 milyon dollar qazanıblar.

Milli.Az Reuters-ə istinadən bildirir ki, Hillari Klintonun dediyinə görə, bu müddət ərzində vergi qismində 43,6 milyon dollar ödəyib. Daha 15 milyon dollar ailənin yaratdığı "Clinton Foundation" xeyriyyə təşkilatının hesablarına keçirilib.

"Varidatımıza görə Amerikaya və ölkəmizin insanlara yaratdığı imkanlara borcluyuq. Uşaqları Müdafiə Fonduna pul yığmaq üçün evlərini dolaşdığımız və 16450 dollar qazandığımız vaxtdan bəri uzun yol keçdik", - Hillari Klinton söyləyib.

Bill və Hillari Klintonların gəlirlərinin əsası mühazirələrə görə alınan pullar təşkil edir.
Hillari Klintonun hər mühazirəsinin qiyməti minimum 225 min dollar təşkil edirsə, Bill Klintonün mühazirə qonorarları 125-750 min dollar arasındadır.
67 yaşlı Hillari Klinton 2016-cı ilin noyabrın 8-də keçiriləcək prezident seçkilərinə qatılacağını bəyan edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.