Dünya

PKK mövqeləri bombalandı, deputatın qardaşı yaralandı

1 Avqust 2015 10:53
2 Şərh     Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə PKK terror təşkilatına qarşı hərbi əməliyyatlar davam edir.

APA-nın xəbərinə görə, iyulun 31-də "Şəhid Həmzə Yıldırım" adı verilən əməliyyatda 28 hərbi təyyarə PKK-nın 65-dən çox mövqeyinə havadan zərbə endirib. Bombalanan yerlər arasında terrorçuların sığınacaqları, ərzaq və silah anbarları, mağaralar var.
 
Bundan başqa, iyulun 30-da keçirilən əməliyyatın detalları məlum olub. "Şəhid İbrahim Tanrıverdi" adı verilən həmin əməliyyat zamanı 80 hərbi təyyarə PKK-nın 100-dən artıq mövqeyini bombalayıb.
 
PKK-ya qarşı keçirilən əməliyyatlarda indiyədək 260 terrorçu məhv edilib, 400-dən çox PKK üzvü isə yaralanıb. Yaralananlar arasında Türkiyə Xalqların Demokratik Partiyası (HDP) həmsədri, millət vəkili Səlahəddin Dəmirtaşın qardaşı Nurəddin Dəmirtaş da var.
 
Türkiyə hökuməti əməliyyatların davam edəcəyini bəyan edib.
 
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl verdiyi açıqlamasında S.Dəmirtaşın qardaşının İraqın şimalındakı PKK düşərgələrində olduğunu bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.