Dünya

İnterpol Saakaşvilini beynəlxalq axtarışa verməkdən imtina edib

1 Avqust 2015 09:14
1 Şərh     Baxış: 1 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnterpol Gürcüstanın keçmiş prezidenti, hazırda Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini beynəlxalq axtarışa verməkdən imtina edib.

APA-nın məlumatına görə, bu barədə Facebook səhifəsində vəkil Otar Kaxidze yazıb.

Onun sözlərinə görə, Mixail Saakaşvili haqqında İnterpolda axtarış elan etmək İnterpol Konstitusiyasına və İnterpolun qaydalarına ziddir. Vəkil O.Kaxidze bu barədə İnterpola üzv ölkələrə təsdiqlənən məlumatlar göndərildiyini bildirib.

Xatırladaq ki, iyulun 31-də Gürcüstanın sabiq müdafiə naziri David Kezeraşvili də beynəlxalq axtarış siyahısından çıxarılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.