Dünya

Zorlamadan yazan jurnalist məhkəməyə verilir - FOTO

31 İyul 2015 14:36
2 Şərh     Baxış: 1 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da Virginia Universitetinin tələbə yataqxanasında olmamış zorlama hadisəsini təsvir edən jurnala qarşı məhkəmə iddiası irəli sürülüb.

Milli.Az BBC-yə istinadən bildirir ki, Rolling Stone jurnalı tələbə kampusunda saxta zorlamadan məqalə dərc etdiyinə görə məhkəmə qarşısında cavab verməli olacaq.
Məqalədə zorlama hadisəsinin iştirakçıları kimi təsvir edilmiş 3 tələbə Rolling Stone jurnalını məhkəməyə verib.
George Elias IV, Ross Fowler və Stephen Hadford-un vəkili deyib ki, saxta zorlama məqaləsinə görə onun müdafiə etdiyi şəxslər hücumlara məruz qalıblar.


Tələbələr məhkəmə iddiasını rəsmi surətdə çərşənbə axşamı Nyu-Yorkda irəli sürüblər.
2014-cü ildə Rolling Stone jurnalında müəllif Sabrina Rubin Erdeli tərəfindən dərc olunmuş həmin məqalə internetdə geniş yayılmışdı.
İddiaçılar saxta zorlama məqaləsinin müəllifini də məhkəməyə verirlər.
Məqalədə tələbələrin adı çəkilməsə də, tanıyanlar üçün onları müəyyən etmək çətinlik təşkil etməyib.
Rolling Stone jurnalı Rubin Erdely-nin təzadlı "Kampusda zorlama" adlı məqləsinə görə ötən ilin dekabr ayında üzr istəyib.


Jurnala qarşı iddia sürüldüyü vaxt New York Times xəbər verib ki, Rolling Stone-un icraçı redaktoru Will Dana vəzifəsindən istefa verib və avqust ayında nəşri tərk etmək niyyətindədir.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.