Dünya

Müğənni Əmrahın ailəsinə hücum: yaralılar var

30 İyul 2015 14:47
9 Şərh     Baxış: 3 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin tanınmış müğənnilərindən olan Əmrahın ailəsi hücuma məruz qalıb.

Milli.Az AHT-yə istinadən bildirir ki, müğənninin meneceri Engin Esenin dediyinə görə, hadisə Əmrahın Bodrumdakı villasında baş verib.

"Əmrahın İstanbulda olmasını fürsət sayan bəzi qonşular bıçaq və dəyənəklərlə silahlanaraq sənətçinin ailəsinə hücum ediblər. Hücum zamanı orada Əmrahın xanımı və oğlu olublar. Hücum edənlər villanın bağçasını viran qoyandan sonra evə soxulublar. Sənətçinin xanımı ilə oğlu yaralanıblar", - E.Esen deyib.

Müğənninin xanımı və oğlu xəstəxanaya aparılıblar.

Emrah olayla bağlı polisə şikayətlənib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.