Dünya

Ərdoğan: "Ağzından çıxanı qulağın eşitsin"

30 İyul 2015 13:30
5 Şərh     Baxış: 1 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xalqların Demokratik Partiyası (HDP) sədri Səlahəddin Dəmirtaş haqqında sərt fikirlər səsləndirib.

APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Çinin paytaxtı Pekində jurnalistlərin suallarını cavablandıran Ərdoğan Dəmirtaşın çıxışına münasibət bildirib. Türkiyə prezidenti HDP sədrinin "Suruc qətliamını "Saray"dakı xüsusi təyinatlı qrup etdi" ittihamını cavablandıraraq bildirib ki, bu, tərbiyəsizcə irəli sürülmüş ittihamdırr: "O, üzərindəki qaranlıq buludları dağıtmağa çalışır. Prezident iqamətgahı çox yüksək məqamdır, bu səviyyəyə düşürüləcək bir yer deyil".

Ərdoğan vurğulayıb ki, Dəmirtaş 6-7-8 oktyabr qətliamının əsas günahkarıdır: "Bu günə qədər toxunulmazlıq zirehi altındadır. Böyük qardaşı dağda yetişib və hələ də dağda olan biridir. Özü də fürsət düşən kimi, yəqin ki, ora gedər. Zatən zaman-zaman təlimatları oradan alırlar".

Türkiyə prezidenti HDP sədrini həddini bilməyə çağırıb: "Ağzından çıxanı qulağı eşitsin. Həddini bilsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.