Dünya

Yerevanda etiraz aksiyaları davam edir

29 İyul 2015 22:58
0 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerevanda "Ayağa qalx, Ermənistan" hərəkatı davam etməkdədir. Etirazçılar Respublika meydanına çıxıblar. Bu barədə Trend "Novosti Armenii" agentliyinə istinadən xəbər verir.

Agentliyin müxbirinin sözlərinə görə, polis aksiyaçıları meydandan qovmağa nail olub.

Daha sonra, etirazçılar Nalbandyan və Sarqsyan küçələrinin kəsişmələrində, yolun ortasında oturmağa qərar veriblər. Buradan isə polis əməkdaşları etirazçıları əllərində səkiyə aparıblar.

Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.