Dünya

Şok etiraf: "Hakim qadın toy hədiyyəsi kimi kəsik baş istədi" - VİDEO - FOTO

29 İyul 2015 11:32
12 Şərh     Baxış: 3 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Onlar idarə etdikləri, ələ keçirdikləri torpaqlarda qorxu və xofun bərqərar olmasına çalışırlar. Bizdən də cəllad qismində istifadə edirlər. Onların ürəyində rəhm, şəfqət, beyinlərində məntiq yoxdur. Bir qadını dodaqlarına pomada çəkdiyi üçün meydanda 80 dəfə şallaqladılar. Digər qadın işdə şirkətin rəhbəri ilə çay içdiyi üçün vəhşicəsinə döyüldü. Şirkətin rəhbəri isə asıldı. Həbs olunmuş qadınlar dəhşətli əzablara düçar qalırlar. Onları həbsxanalarda zorlayırlar".

O, daha sonra söyləyir ki, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının lideri Əbubəkr Bağdadi toy hədiyyəsi etmək üçün qadının başını kəsməyə icazə verir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bunu "Hisba"nın, yəni İŞİD-in qadınlardan ibarət "əxlaq polisi"nin üzvü olmuş Lina deyir.

"Şəriət məhkəmələrindən birinin hakimi döyüşdə həlak oldu. Bir müddət sonra həmin kişinin dul qadını, əslən Tunisdən olan Ümm əl Xütaba Tunisi İŞİD-in rəhbəri Bağdadiyə məktub yazaraq yenidən ərə getmək istədiyini, toy hədiyyəsi qismində isə "kafir" kəlləsi arzuladığını bildirdi.
Əbubəkr Bağdadi də cavab yolladı. Cavab məktubunda bildirilirdi ki, məhkəmənin hakimi qadın olduğu üçün "kafir" kişinin kəsilmiş başını tələb edə bilməz. Bunun müqabilində o, həmin qadının işlədiyi Şəriət məhkəməsinin baş hakiminin başını kəsməyi təklif etdi. Həmin qadın casusluqda suçlanmışdı", - Lina söyləyib.

Həmin məktubdan sonra Rəqqadakı qadın Şəriət Məhkəməsinin baş hakimi Ümm Abdulla binti Səud tutuldu, başı kəsildi. Kəsik baş da onun işçisi olan hakim qadına "toy hədiyyəsi" qismində verildi.
Linanın sözlərinə görə, İŞİD-in "Hisba" strukturunda ən azı Britaniya vətəndaşı olan 5 xanım xidmət edir. Onların arasında islamı qəbul etmiş ingilis qadınlar da var. Həmin qadınlardan birinin adı Syuzanna, biri də "Kürən Fatimə"dir.
Lina indi Türkiyədədir, Suriyanın Rəqqa şəhərindən qaçıb və İŞİD-dən ümumiyyətlə, qurtulmağa çalışıb.

İki övlad anası, 27 yaşlı Lina daha sonra söyləyir ki, "Hisba" Rəqqada 18 yaşlı qızı həbs etmişdi. Bu qız Dəməşqdə yaşayan qohumları ilə WhatsApp vasitəsilə yazışaraq Rəqqadakı yaşamından, İŞİD-in özbaşınalıqlarından şikayətlənməkdə suçlanmışdı.
Həmin qız meydanda çarmıxa çəkilib.

"İŞİD övladlarımın da psixikasını pozub. Ərim öləndən sonra iki oğlum özünü evin kişisi sayır. Onların 4 və 6 yaşları var. Kompüter oyunlarında tapança və ya avtomatdan yox, yalnız bıçaqdan istifadə edirlər, baş kəsməyə çalışırlar. Çünki gördükləri yalnız edamlar, ölümlər olub. Burada, Türkiyədə qala bilmərəm. Qorxuram. Çünki İŞİD Türkiyədə məni öldürə bilər. Daha təhlükəsiz bir yerə, Avropa ölkələrindən birinə yollanmaq istəyirəm", - Lina deyib.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.