Dünya

Türk əsgəri PKK-ya qan ağladır - FOTO

29 İyul 2015 10:55
1 Şərh     Baxış: 1 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Hərbi-Hava Qüvvələrinin İraqın şimalında kürdlərin PKK ("Parti Karkaren Kurdistan") terror təşkilatına qarşı əməliyyatları davam edir.

Artıq 5 mərhələsi geridə qalan və "dalğa"lar şəklində həyata keçirilən aviazərbələr nəticəsində 200 PKK terrorçusu məhv edilib.

Milli.Az AHT-yə istinadən bildirir ki, terror təşkilatının azadlıqda olan lideri Murat Karayılanın qərargahı darmadağın olunub. M.Karayılan isə qaçaraq zorla canını qurtara bilib. 
Məhv edilən terrorçular arasında PKK-nın "arxa cəbhə komandanı", "Qabar" adlı şəxs var.
Türkiyənin qırıcı-bombardmançı təyyarələri Zap, Gare, Metina, Haftanin, Avaşin, Kandil və bölgədəki digər məkanları bombalayıblar.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.