Dünya

İŞİD əmiri azərbaycanlı Abdulla Abdullayev Azərbaycan vətəndaşı deyil

28 İyul 2015 23:18
2 Şərh     Baxış: 2 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"O, Türkiyəyə başqa xarici dövlətin pasportu ilə daxil olub" , Bunu Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov BBC Azərbaycancaya bildirib.

Ötən həftədən bəri Türkiyə boyu İslam Dövləti və PKK qruplarına üzv olmaqda şübhəli bilinənlərin həbsləri davam etdirilir.

Türkiyə mediası "İŞİD əmiri, azərbaycanlı Abdulla Abdullayevin İstanbul məhkəməsinin qərarı ilə həbs olunduğu" barədə xəbər yayandan sonra Türkiyə hüquq-mühafizə orqanlarından bildirilib ki, həmin şəxs Azərbaycan vətəndaşı deyil.

"O, Türkiyəyə başqa xarici dövlətin pasportu ilə daxil olub", Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov BBC Azərbaycancaya bildirib.

Məlumatlara əsasən, iyulun 24-də İslam Dövləti qrupuna üzv olması ittihamı ilə saxlanılan üç nəfər barəsində İstanbul məhkəməsi tərəfindən həbs qərarı verilib. "Həmin şəxslərin arasında İŞİD-in İstanbul əmiri olduğu bildirilən Abdulla Abdullayev də var"- Türkiyə mediası xəbər verir.

Daha əvvəl "Azərbaycanlı Abdulla Abdullayev"in həbsi barədə yayılan xəbərlərdə onun vətəndaşlığına aydınlıq gətirilməyib, Ankaradan jurnalist İlhamə Qasımlı BBC Azərbaycancaya bildirib.

Eyni əməliyyatda "İŞİD-in Türkiyə lideri" kimi təqdim olunan "Abi Hanzala" kod adlı Halis Bayuncuk və daha dörd nəfər barəsində də iki gün öncə məhkəmə tərəfindən həbs qərarı verilmişdi, xəbərdə deyilir.

"Hazırda bununla bağlı məlumat verə bilmirik. Gərəkli açıqlamaları daha sonra mətbuat bürosu vasitəsi ilə yayacağıq", İstanbul polisinin terrorla mübarizə şöbəsindən BBC Azərbaycancaya bildiriblər.

Ötən ilin noyabrında da Türkiyə sərhədçiləri İSİD-ə keçmək istəyən bir ailə üzvləri olan dörd Azərbaycan vətəndaşını saxlamışdı. Onlar müvafiq araşdırmadan sonra Azərbaycana ekstradisiya edilmişdilər.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.