Dünya

İran və Aİ 80 gün ərzində nüvə və regional təhlükəsizlik üzrə tədbirlər görəcəklər

28 İyul 2015 19:05
Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran-Avropa İttifaqı (Aİ) münasibətlərində yeni səhifə açılıb. Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Aİ-nin xarici siyasətinin rəhbəri Federika Moqerini ilə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, münasibətlərin möhkəmləndirilməsi üçün İran və Aİ yaxın 80 gün ərzində qarşılıqlı tədbirlər görməlidir: "Bu tədbirlər XİN rəhbərlərinin müavinləri səviyyəsində müzakirə olunacaq".

M.C.Zərif qeyd edib ki, bu tədbirlər nüvə sazişinin reallaşdırılmasına, regional təhlükəsizlik, energetika, insan haqları və s. məsələlərə şamil ediləcək.

F.Moqerininin sözlərinə əsasən, İran və "P5+1" ölkələri arasında əldə edilən hərtərəfli sülh sazişi tərəflərin münasibətində tarixi məqamdır: "İranda inflyasiyanın 60 faizi sanksiyaların nəticəsi idi. İndi İran və Qərb münasibətlərində yeni səhifə açılacaq. Ölkəyə beynəlxalq şirkətlərin investisiyaları yatırılacaq. Sanksiyaların ləğvi biznes mühitə müsbət təsir edəcək".

O, həmçinin BMT Təhlükəsizlik Şurasının hərtərəfli nüvə sazişi üzrə yekdil səsverməsini alqışlayıb: "Beynəlxalq Atom Enerjisi Agentliyi sazişin həyata keçirilməsində həlledici rol oynayacaq".

F.Moqerini diqqətə çatdırıb ki, İran və Aİ Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığı bölüşürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.