Dünya

Məşhur yazar vəfat etdi

28 İyul 2015 21:06
0 Şərh     Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın tanınmış detektiv yazarı Enn Rays 83 yaşında dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, yazıçının qızı Lesli anasının ürək çatışmazlığından vəfat etidiyini bildirib. 1931-ci ildə Miçiqanda doğulan Enn Vaşinqton Universitetinin yazıçılıq, psixologiya və krimanilistika üzrə ixtisaslarını bitirib.

Məzun olduqdan sonra polis şöbəsində işə başlayan Rays yazıçı kimi karyerasına 1969-cu ildə "True Detective" ("Əsl detektiv") jurnalında çap olunan məqalələriylə başlayıb. 

O, 1980-ci ildə yayımladığı "The stranger beside me" ("Məndən başqa qərib") kitabında 1974-78-ci illərdə 30-dan çox qadını qətlə yetirən və daha sonra elektrikli stula bağlanaraq edam edilən məşhur cani Ted Bandinin həyatını qələmə alıb. Enn 30-dan çox kitabın müəllifidir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.