Dünya

PKK Türkiyədə jandarma rəisinin qətlini üzərinə götürdü

28 İyul 2015 18:33
0 Şərh     Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PKK terror təşkilatı Türkiyənin Muş vilayətinin Malazgirt qəsəbəsinin jandarma rəisi, mayor Arslan Kulaksızın qətlinə görə məsuliyyəti öz üzərinə götürüb. 

APA-nın xəbərinə görə, bu barədə "Milliyət" qəzeti məlumat yayıb.

Qeyd edək ki, indiyə kimi A.Kulaksızın qətlində şübhəli bilinən 14 nəfər polis tərəfindən saxlanılıb.

Mayor A. Kulaksız və həyat yoldaşı Sibel Kulaksızın olduğu avtomobilə iyulun 27-də silahlı hücum olub. Hücum nəticəsində ağır xəsarət alan A. Kulaksız ölüb. Qolundan yaralanan S. Kulaksız isə müalicəsini davam etdirir.

Hadisə il bağlı isə araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.