Dünya

İrəvanda vəziyyət qəlizləşir: xalqa çağırış edildi

28 İyul 2015 17:00
3 Şərh     Baxış: 1 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan polisi uzun müddət Respublika Meydanını bağlı saxlaya bilməyəcək. Ona görə də polis vətəndaşların qanuni tələbləri qarşısında geri çəkilməyə məcbur olacaq.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Qalx, Ermənistan" vətəndaş hərəkatının Şurasının bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, vətəndaş cəmiyyəti xalqın əleyhinə olan rejimə qarşı dinc mübarizədə polisin qeyri-qanuni əməllərinə tabe ola bilməz. Bu üzdən hərəkat üzvləri meydanın mərkəzində oturaq aksiya keçirməkdə israrlıdır.

"Hakimiyyətin anti-xalq siyasətinin əleyhinə olanları etiraz aksiyamıza qoşulmağa çağırırıq. Vətəndaşların fəal iştirakı polis qüvvələrini mühasirəyə götürmək üçün imkan yaradacaq. Bu isə vətəndaşların qələbəsinin bünövrəsi ola bilər", - deyə bəyanatda vurğulanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.