Dünya

Moskvada ermənilər qadını zorladılar

28 İyul 2015 14:28
2 Şərh     Baxış: 1 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın hüquq-mühafizə orqanı əməkdaşları YDM-də (yanacaqdoldurma mərkəzi) qadını zorlamaqda şübhəli bilinən, əslən Ermənistandan olan iki nəfəri saxlayıblar.

Oxu.az xəbər verir ki, bu barədə Moskva KİV-i polisdəki mənbəyə istinadən bildirib.

Hadisə Yeni Moskva ərazisində iyulun 25-də baş verib. Polisin məlumatına əsasən, iki kişi YDM-in girişində dayanan qadına yaxınlaşıb. Onu hədələdikdən sonra zorlayıblar. Bundan sonra cinayətkarlar naməlum istiqamətdə hərəkət edərək gizləniblər.

Hüquq mühafizəçiləri cinayətkarları isti izlərlə saxlamağa müvəffəq olublar. Saxlanılan zaman onlar müqavimət göstəriblər, amma onları sakitləşdirmək mümkün olub. Nəticədə onlar törətdikləri əməli etiraf ediblər.

Xəbər verildiyi kimi, Ermənistanın həmin iki vətəndaşı nəzarət altındadır.

Fakt üzrə cinayət işi açılıb. Cinayətkarlar səkkiz il müddətinə azadlıqdan məhrum oluna bilərlər.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.