Dünya

İran ABŞ-la birbaşa aviareysləri bərpa etməyə hazırdır

28 İyul 2015 13:43
0 Şərh     Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beynəlxalq sanksiyaların ləğvi fonunda İran Amerika Birləşmiş Ştatları ilə birbaşa hava əlaqəsini bərpa etməyə hazırdır".

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu İranın mülki aviasiya qurumunun rəhbəri Məhəmməd Xada Karmi deyib.

"İranın aviasiya parkı əlavə yanacaq doldurmaya ehtiyac olmadan ABŞ-a birbaşa reyslər həyata keçirməyə qadir olan transatlantik təyyarələrlə təchiz olunub. Birbaşa reyslərin bərpasına dair digər zəruri prosedurların başlanması üçün qarşı tərəflə "diplomatik razılıq" olmalıdır", - deyə o bildirib.

X. Karmi əlavə edib ki, sanksiyalar aradan qaldırıldıqdan sonra bir çox ölkələrin aviaşirkətləri İranla əməkdaşlıq təklif ediblər. "Həm təyyarə, həm də aeroport avadanlıqlarının İrana satışını nəzərdə tutan təkliflər müvafiq orqanlara göndərilib. Artıq bu təkilflər nəzərdən keçirilməkdədir".

Xatırladaq, iyul ayının 14-də İranla "altılıq" ölkələri arasında Vyanada razılıq əldə olunub. Razılığa əsasən, İrana qarşı tətbiq edilən sanksiyalar mərhələli şəkildə aradan qaldırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.