Dünya

Ankara polisi antiterror əməliyyatı keçirir

28 İyul 2015 10:50
0 Şərh     Baxış: 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə polisi bu gün Ankarada İŞİD tərəfdarlarına qarşı antiterror əməliyyatı keçirir.

Trend-in "Milliyet" qəzetinə istinadən verdiyi məlumata əsasən, əməliyyat nəticəsində 15 nəfərdən çox şəxs həbs edilib ki, onlardan 11-i əcnəbi vətəndaşdır. Saxlanılanların hansı ölkənin vətəndaşları olduqları barədə məlumat verilmir.

Xatırladaq ki, bu günədək Türkiyədə aparılan antiterror əməliyyatları nəticəsində 1050 nəfərdən çox şəxs saxlanılıb.

Saxlanılanların hamısı İŞİD, PKK və İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi (DHKP-C) ilə əlaqədə təqsirli bilinirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.