Dünya

Hicablı qadınlar bikinili qızı döydülər - FOTO

28 İyul 2015 09:50
3 Şərh     Baxış: 3 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Reyms şəhərindəki parklardan birində əcaib və qorxulu insident baş verib. 21 yaşlı Anjelik Sloss (Angelique Sloss) əynində bikini otluğa uzanıb özünü günə verdiyi üçün vəhşicəsinə döyülüb.
Milli.Az Le Monde-a istinadən bildirir ki, qızı döyənlər 16-24 yaşlı 6 hicablı xanım olub. Onlar bikinili qızın "əxlaqsızlıq etdiyini" deyiblər.

Hadisə Reyms şəhərindəki "Leo Lagrange" parkında baş verib. Döyülən qızın əslən mərakeşli qaçqınların ailəsinin mənsubu olduğu deyilir.

Polisdən verilən məlumata görə, bikinili qızı döyənlər Reymsin müsəlmanların kompakt yaşadığı məhəlləsinin sakinləridir. 

Hadisə barədə fransız bloqerlər aktiv şəkildə yazmağa və sosial şəbəkələrdə məlumatları paylaşmağa başlayandan sonra Reyms şəhərinin meri Arno Robin (Arnaud Robinet) olaydan xəbər tutub.

"Məndə olan məlumata görə, bikinili qızı görən hicablı qadınlar ona irad bildiriblər. Qız da qadınlara kobud cavab verəndə dava başlanıb. Təfərrüatlar mənə bəlli deyil. Amma hücum edənlər haqlıdırsa, onda bu, çox ciddi məsələdir", - mer Robin söyləyib.

Fransada isə  döyülən qıza dəstək olaraq İnstagram və Twitter-də fləşmob başlanıb. Fləşmob #jeportemonmaillotauparc ("Parkda bikini geyinirəm") heşteqi ilədir.

Fransada 7 milyon müsəlman yaşayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.