Dünya

Türkiyədə güclü partlayış

28 İyul 2015 09:02
1 Şərh     Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Ağrı əyalətində terrorçular qaz borusunu partladıblar.

APA-nın məlumatına görə, Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin bəyanatında   partlayışın İran-Türkiyə qaz borusunda törədildiyi bildirilir.   
 
"Ağrı əyalətində İran-Türkiyə magistral qaz borusu xəttinin 15 km-də partlayış törədilib. Nəticədə baş verən yanğın qısa zamanda söndürülüb. Qaz borusu təmir edildikdən sonra qazın Türkiyəyə verilişi bərpa olunacaq", - deyə  nazir Taner Yıldızın bəyanatında bildirilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.