Dünya

Hicablı arvadına sataşanı güllələdi

27 İyul 2015 18:05
17 Şərh     Baxış: 5 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Yaroslavl şəhərində hicablı qıza sataşan kişi ağır yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

Milli.Az KP-yə istinadən bildirir ki, insident şəhərin Dzerjinski rayonunun Trufanov küçəsində yaşanıb. Dünən axşam yerli vaxtla saat 20 radələrində kafedə içib sərxoş olmuş bir qrup gənc küçədən keçən hicablı qadına sataşıblar. Onlardan biri qadının yanına qaçıb, hicabı dartıb və yerə atıb.

Sərxoş gənclər bundan vəcdə gələrək gülüşüblər və yollarına davam ediblər. Lakin az sonra travmatik tapança ilə silahlanmış bir kişi onları haqlayıb, qadının hicabına əl atanın başına atəş açıb.
Yaralı indi Solovyov xəstəxanasının reanimasiya bölməsindədir.
İlkin məlumatlara görə, atəş açan şəxs hicablı qadının əridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.