Dünya

"Gecə canavarları" Qarabağa gəlir

27 İyul 2015 14:22
1 Şərh     Baxış: 2 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi KİV-lər Rusiya erməniləri İttifaqının vitse-prezidentinin birinci müavini Sergey Sajumyana istinadən xəbər verib ki, "Gecə canavarları" motoqrupu iyulun 31-də Ermənistana gedəcək.

Avqustun 1-də onlar İrəvanın Respublika meydanından keçəcəklər, "soyqırım" abidəsini ziyarət edəcəklər, sonra Qarabağa yollanacaqlar.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Rusiyanın baykerlər klubu "Gecə canavarları"nın mətbuat katibi Anna Komarova "canavarların" iyulun 31-də Ermənistana və daha sonra Azərbaycanın işğal altındakı ərazilərinə səfəri haqda informasiyaya malik olmadığını deyib.

Komarovanın sözlərinə görə, "canavarların" Ermənistana səfəri haqda ilk dəfə eşidir.

"Ən azından hələlik bu haqda mənə heç kim heç nə deməyib", - mətbuat katibi bildirib.

Bununla belə artıq "Gecə canavarları"nın işğal altındakı Azərbaycan ərazilərinə mümkün səfəri barədə Moskvadakı səfirliyimiz məlumatlandırılıb. 

"Gecə canavarları" Putinin imperiya ideyalarını dəstəkləyən aqressiv qrupdur.

"Gecə canavarları" bayker klubuna "Xirurq" ləqəbli Aleksandr Zaldostonov başçılıq edir. Prezident Vladimir Putin dəfələrlə bu bayker klubunun üzvləri ilə görüşüb. Bu da deməyə əsas verir ki, "canavarlar" Kremldən kurasiya olunur.

"Gecə canavarları" Putinin seçki təbliğatında, daha sonra Krımın Rusiya birləşdirilməsinin və Ukraynadakı separatçı qüvvələrin dəstələnməsində fəal iştirak edib. "Canavarlar" mayın 9-nu Berlində qeyd etmək üçün Avropaya yürüşə çıxıblar, lakin bəzi ölkələr onlara viza verməyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.