Dünya

Böyük qalmaqal: məşhur siyasətçi, 2 fahişə və kokain - VİDEO - FOTO

26 İyul 2015 23:43
43 Şərh     Baxış: 24 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyada böyük qalmaqal yaşanır. Ölkə parlamentinin yuxarı palatası olan Lordlar Palatasının vitse-spikeri, 69 yaşlı Baron Con Syuel vəzifəsindən tələsik istefa verib.
Səbəb isə The Sun qəzetinin onun iki fahişə ilk birlikdə əyləndiyi və kokain qəbul etdiyi ""əyləncə gecəsi"nin videosu və fotolarını dərc etməsidir.

Videoda görünür ki, məşhur siyasətçi iki fahişəni dəvət etdiyi otaqda masanın üzərindəki kokaini 5 funt-sterlinqdən hazırladığı "borucuq" vasitəsilə burnuna çəkir.
Digər kadrda 69 yaşlı baron kokaini fahişələrdən birinin sinəsinə tökərək oradan brnuna çəkir.

O, küçə qadınları ilə əylənərkən "Yoldan çıxmaq, azğınlaşmaq istəyirəm" söyləyib.
"Asiyalı qadın olsaydı, əla olardı. Asiyalı qadınlar məsum görünsələr də, əsl fahişələrdir", - lord Syuell əyləndiyi fahişələrə deyib.

Siyasətçinin "eşq gecəsi" üçün fahişələrdən hər birinə 200 funt-sterlinq verdiyi də bildirilir.

"Lord Syuel istefa verib. Lordlar palatası ictimai həyatın standartlarına tam əməl edəcək, bu standartlardan sapmalara yol verməyəcək", - Lordlar Palatasının spikeri baronessa D-Souza söyləyib.

Evli, iki ögey olmaqla 4 övlad atası olan Gilkomstoun lordu Syuell fahişələri Vestminsterdəki mənzilində "qəbul edib".
İşin maraqlı yönü odur ki, lord Syuel Britaniya Lordlar Palatasında Lord Etikası komitəsinin sədridir.

O, The Huffington Post qəzetinə verdiyi açıqlamasında demişdi: "Lordlar zadəganlardır və adlarına uyğun davranmalıdır. Onların pis davranışları imicimizə ziyan vura bilər".
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.