Dünya

Putin və Sərkisyan Qarabağı dərindən müzakirə edəcək

28 Mart 2015 22:13
0 Şərh     Baxış: 1 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"24 apreldə Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsini dərindən müzakirə edəcəklər".

Milli.Az modern.az-a istinadən bildirir ki, bunu Yerevanda səfərdə olan Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskiy deyib.

O, Dağlıq Qarabağ münaqişəsi zərif və incə materiya kimi xarakterizə edib. Rusiyalı deputat vurğulayıb ki, Qarabağ probleminin həlli istiqamətində ATƏT-in Minsk qrupu və prezidentlərin üçtərəfli formatda görüşü səviyyəsində danışıqlar aparılır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin aprelin 24-də qondarma erməni soyqırımının 100 illik tədbirində iştirak etmək üçün Yeravana gedəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.