Dünya

İranla tarixi razılaşma əldə olundu

14 İyul 2015 21:31
0 Şərh     Baxış: 1 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya gücləri beynəlxalq sanksiyaların ləğv edilməsi müqabilində İranın nüvə fəaliyyətini məhdudlaşdıran razılaşma əldə ediblər.
Milli.Az BBC-yə istinadən bildirir ki, ABŞ Prezidenti Barack Obama deyib ki, bu razılaşma ilə "İran üçün nüvə silahına aparan bütün yollar kəsilib".
Onun iranlı həmkarı Həsən Ruhani razılaşmanın İranın dünya ilə münasibətlərində "yeni səhifə" açacağını bildirib.
Razılaşma BMT nüvə müfəttişlərinə, İranın nüvə obyektlərinə geniş, amma birbaşa olmayan giriş imkanı verəcək.
İran və dünyanın altı dövləti - ABŞ, Britaniya, Fransa, Çin və Rusiya, eləcə də Almaniya arasında danışıqlar 2006-cı ildə başlayıb.
P5+1 adlanan bu dövlətlər qrupu İranın nüvə fəaliyyətini azaltmasını və beləliklə də, nüvə silahı yarada bilməməsini istəyir.
İran beynəlxalq sanksiyaların qaldırılmasını istəyir və hər zaman deyib ki, nüvə proqramı sülh məqsədləri üçündür.
Razılaşma əsasən bunları nəzərdə tutur:
İran daxilində nüvə obyektlərinin təftişi - BMT inspektorlarına hərbi obyektləri təftiş etməyə icazə verilə bilər, amma bu avtomatik olmaya bilər.
İran razılaşır ki, əgər razılaşmanı pozarsa, sanksiyalar 65 gün ərzində bərpa oluna bilər.
BMT-nin silah embarqosu və raket sanksiyaları 5-8 il ərzində qüvvəsində qalacaq.
Vyanada İranın nüvə proqramı ilə bağlı son danışıqlar iki həftəyə yaxın davam edirdi.

Reaksiyalar

Rusiya Prezidenti Vladimir Putin İran nüvə razılaşmasını alqışlayıb və deyib ki, "dünya rahat nəfəs ala bilər", Reuters xəbər verir.
İran Prezidenti Həsən Ruhani İran və dünya gücləri arasında nüvə razılaşmasını alqışlayıb. Öz Twitterində o yazlb ki, razılaşma konstruktiv yanaşmanın işlədiyini göstərib. O, xalqa tezliklə müraciət edəcəyini deyib.
İsrailin Baş Naziri Benjamin Netanyahu bu razılaşmanı "pis səhv" adlandırıb.
İran və ABŞ-da mühafizəkarlar razılaşmaya qarşı çıxır. ABŞ Konqresi 60 gün ərzində razılaşmanı təsdiq və ya rədd etməlidir, ancaq cənab Obama deyir ki, razılaşmanı bloklama cəhdi olsa, Konqresin qərarına veto qoyacaq.
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.