Dünya

Azərbaycanlıların işlədiyi daha bir bazar yandı - FOTO

7 İyul 2015 11:55
1 Şərh     Baxış: 1 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın ən böyük bazarlarından daha birində yanğın baş verib. Anspress-in məlumatına görə, bu dəfə hadisə paytaxt Moskvadakı inşaat materialları bazarında qeydə alınıb. 

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın səhər saatlarında "Molotok" bazarında qeydə alınıb və təqribən 1000 kvadrat metrə yaxın ərazini əhatə edib. 

Bazar Kalujsk şosesindən 42 km aralıda yerləşir. 

Hadisə yerinə dərhal onlarla xilasedici qrupu, yanğınsöndürən və helikopterlər cəlb edilib. Hələlik hadisə nəticəsində xəsarət alanın olub-olmadığı bilinmir. Yanğının səbəbləri barədə açıqlama verilməyib. 

"Molotok" - inşaat malları yarmarkası Rusiya ilə yanaşı Avropanın da ən böyük bazarlarından biri hesab edilir. 
Bazarda azərbaycanlıların da çalışdığı istisna edilmir. 

Yarmarkadan qalxan tüstünü uzaqdan aydın müşahidə etmək mümkündür. 

Rusiyada bazarlarda yanğın ilk dəfə deyil. Son dəfə olaraq martın 11-də Kazanda azərbaycanlı iş adamına məxsus "Admiral" ticarət mərkəzində güclü yanğın olmuşdu. Məlumata görə, hadisə nəticəsində 15 nəfər ölmüş, onlarla insan yaralanmışdı. Onların arasında azərbaycanlılar da var idi. 

Ticarət Mərkəzinin direktoru Hüseyn Qəhrəmanov aparılan istintaq çərçivəsində saxlanılıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.