Dünya

Zooparkda faciə: pələng 2 yaşlı oğlanın qolunu qopardı - FOTO

7 İyul 2015 09:40
6 Şərh     Baxış: 2 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Volyerdə saxlanan pələnglə oynamaq istəyən uşaq valideynlərinin səhlənkarlığı nəticəsində ölümdən zorla qurtulub. 2 yaşlı oğlan əlini qəfəsin içinə salmışdı. O, ağ pələngi sığallamaq istəyirdi. Sinirlənmiş pələng oğlanın qolundan tutaraq içəri dartmağa başlayıb,.

Milli.Az People Daily-yə istinadən bildirir ki, hadisə Çinin Siçuan vilayətindəki Bifen Dərəsi Milli Parkında (Bifeng Gorge National Park) yaşanıb.

Zooparkın işçiləri pələngin volyerə dartmağa çalışdığı 2 yaşlı oğlanı yırtıcının pəncələrindən zorla alıblar.

Lakin pələng uşağın sağ əlini dirsəkdən qoparmışdı.

Milli Parkın baş direktoru Çen Çjiuan bildirib ki, uşağın müalicəsi ilə bağlı bütün xərcləri başçılıq etdiyi qurum ödəyəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.