Dünya

Tbilisidə yaşayış evi uçdu: 4 ölü - YENİLƏNİB

6 İyul 2015 17:52
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:52

Tbilisidə tkilməkdə olan binanın uçması ilə əlaqədar cinayət işi qaldırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsinə əsasən (tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması) açılıb.
 
DİN-dən bildirilib ki, uçqun zamanı ölənlərin sayı 4 nəfər ölüb.
  
Tbilisi Fövqəladə Hallar Departamentindən verilən məlumata görə, "Tbilisi Biznes Mərkəzi"nin tikdiyi binanın uçması 4-cü mərtəbədən başlayıb. Nəticədə üçüncü mərtəbə də uçub. Hadisə nəticəsində 3 nəfər həlak olub. Bir fəhləni isə xilas etmək mümkün olub. Dağıntılar arasında qalan daha bir nəfər xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Məlumata görə, binada yeni uçqun olacağı gözlənilir.

--------

14:31

Tbilisidə İdman sarayına bitişik ərazidə yaşayış evi uçub.

APA-nın "Qruziya Onlayn"a istinadən verdiyi məlumata görə, dağıntılar altında 4 nəfər qalıb.

Onlardan birini dağıntıların altından çıxarmaq mümkün olub, digər 3 nəfər ölüb. Hadisə yerinə dərhal xilasetmə xidməti cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.