Dünya

İki miqrant şərab çəlləyində öldü

5 İyul 2015 23:32
0 Şərh     Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın istintaq orqanları Anapa yaxınlığında xarici ölkədən olan fəhlələrin şərab rezervuarında ölməsi faktı ilə bağlı araşdırma aparırlar. 

Oxu.Az "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə region üzrə hüquq-mühafizə orqanları məlumat verib. 

"Özbəkistanın iki vətəndaşının meyiti Yurkova qəsəbəsindəki müəssisənin ərazisində 45 kub metrlik həcmə malik dəmir çəlləkdə aşkar olunub", - məlumatda deyilir.  

İlkin məlumatlara əsasən, fəhlələr çəlləyi təmizləyərkən etil parından zəhərləniblər. 

Krasnodar vilayəti üzrə istintaq idarəsi iki xarici vətəndaşın ölüm faktını təsdiq edib. 

Hazırda fakt üzrə araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.