Dünya

Piyadanı vuran sürücü həyəcandan öldü

5 İyul 2015 11:16
4 Şərh     Baxış: 2 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Piyadanı avtomobili ilə vurdu, həyəcandan öldü.

Musavat.com xəbər verir ki, hadisə Türkiyədə baş verib.

Manisanın Turqutlu bölgəsində avtomobili ilə hərəkət edən 49 yaşlı Adil Çolak 41 yaşlı Əziz Korkmazı əzərək, onun ağır yaralanmasına səbəb olub. 

Qəzadan sonra həyəcanlanan Çolak infarkt keçirərək dünyasını dəyişib. A.Çolakın ürəyində ciddi problemlər varmış. Həkimlər ona həyəcanlanmağı qadağan ediblərmiş. Amma A.Çolak onları dinləməyib və avtomobil idarə etməyə davam edib. 

Hadisə zamanı da o, piyadanı öldürdüyünü düşünüb və həyəcan keçirib. Bu da onun sonu olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.