Dünya

Polisdən hədə-qorxu: "Nə 1 metr?"

5 İyul 2015 09:38
0 Şərh     Baxış: 1 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerevan polis rəisinin müavini Valeri Osipyan jurnalistlərə bildirib ki, Yerevan polisi etirazçıların prezident administrasiyasına tərəf hərəkətinə icazə verməyəcək. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Aksiya iştirakçıları bazar ertəsi günü saat 21:00-a qədər etirazçıların tələblərinin yerinə yetirilməsini istəyiblər, əks halda barrikadaları hər gün 1 metr qabağa çəkəcəklərini bildiriblər. Etirazçıların prezident administrasiyası ilə aralarında təxminən 60 metr məsafə var.

Osipyan buna izn verilməyəcəyini bildirib: "Biz onları hər gün 1 metr qabağa hərəkət etməyə qoymayacağıq".

Qeyd edək ki, iyunun 19-da Yerevanda elektrik enerjisi tariflərinin 16 faiz bahalaşmasına qarşı başlamış etiraz aksiyaları indiyədək davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.