Dünya

"Qəbələ"nin baxışa çağırdığı futbolçu öldü - FOTO

4 İyul 2015 17:41
2 Şərh     Baxış: 1 473
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbolçunun məşqdən sonra avtobusda gedərkən ürəyi dayanıb.

Çinin "Çindao Hayno" klubunun serbiyalı yarımmüdafiəçisi Qoran Qoqiç dünyasını dəyişib. Anspress-in məlumatına görə, futbolçu məşqdən sonra avtobusda gedərkən ürəyi dayanıb.

29 yaşlı yarımmüdafiəçi dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, 2014-cü ildə "Srvena Zvezda"nın heyətində Serbiya çempionu olub və ötən mövsümdən Çin klubunda çıxış edirdi.

Qeyd edək ki, yarımmüdafiəçi 2013-cü ildə "Qəbələ"də baxışda olsa da, bəyənilməyərək, geri göndərilmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.