Dünya

Şəhər meri yenə timsahla evləndi - FOTO

4 İyul 2015 13:25
22 Şərh     Baxış: 3 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikadakı San Pedro Xuamelula şəhərinin meri Coel Vaskes Rohas timsahla evlənib.

Simvolik nikah mərasimi bütün qaydalara və adətlərə uyğun keçirilib.

Milli.Az Clarin-ə istinadən bildirir ki, "gəlin"ə gəlinlik geyindirilmiş, başına fata bərkidilmişdi.

Dualar oxunandan sonra təzə bəy "gəlin"i, yəni timsahı öpüb. Di gəl, təhlükəsizliyin təminatı məqsədilə "gəlin"in ağzı kəndirlə sarınmışdı.

Nikah mərasimi başa çatandan sonra "gəlin" timsah gölə buraxılıb.

Mer Rohas ötən il də timsahla evlənmişdi. San Pedro Xuamelula ölkənin cənubunda, Sakit Okean sahilindəki balıqçı şəhəridir. Sakinlərin rifahı balıqçıların uğurundan asıldır.

Merin timsahla evlənməsi isə ənənə ilə bağlıdır. Yerli balıqçıların "şahzadə" dedikləri timsahla toyun balıq ovunu uğurlu edəcəyi düşünülür.

Meksikanın ən yoxsul bölgələrindən olan Oahaka ştatında yerləşən San Pedro Xuamelula şəhərinin 10 min sakini var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.