Dünya

“O Səs Türkiyə”nin iştirakçısının faciəvi sonu - FOTO

4 İyul 2015 13:06
5 Şərh     Baxış: 5 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çanaqqalada nişan edib Bodruma getmək üçün yola çıxdıqdan sonra keçirdikləri yol qəzası nəticəsində həyatlarını itirən "O Səs Türkiyə"nin iştirakçısı Kazım Orbay Cingöz ilə ana və atasının cənazəsi Adanada gözyaşları içində torpağa tapşırılıb.

Oxu.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Muğlanın Bodrum mahalında yaşayan və 2011-ci ildə "O Səs Türkiyə" yarışmasına qatılan Kazım Orbay Cingöz (33 yaş) Çanaqqalalı Can Su adlı gənc qıza aşiq olub. Cingöz bir müddət sonra anası Yıldız (55 yaş) və atası Şahin Cingözə (61 yaş) Çanaqqalada sevdiyi bir qız olduğunu, onunla evlənmək istədiyini söyləyib.

Ailə 15 gün əvvəl Çanaqqalaya Can Suya elçi gedib. Gənc qızın ailəsi də razılıq verib. Ailələr 15 gündən sonra nişan etmək üçün söz kəsib. Cingöz ailəsi ana, ata və oğul 30 iyun 2015 tarixində Çanaqqalaya təkrar gedərək nişan mərasimi edib. Mərasimdən sonra Cingöz ailəsi Kazım Orbay Cingözün idarə etdiyi 48 U 4940 nömrəli avtomobil ilə Bodruma getmək üzrə yola çıxıb.

Ancaq Cingözün avtomobili Çanaqqala-İzmir Karayolunun 28-ci kilometrliyində sükan idarəsini itirməsi nəticəsində Troia Andıq Şəhəri Kavşağını keçdikdən sonra yolun kənarındakı lövhəyə çırpılıb. Ana və ata hadisə yerində həyatını itirib.

Sürücü Cingöz xilasedicilərin köməyi ilə avtomobildən çıxarılaraq xəstəxanaya aparılsa da, müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Cingöz ailəsi yol qəzası ağrısını 10 il əvvəl də yaşamışdı. Yıldız və Şahin Cingöz cütlüyünün 6 uşağından biri olan 6 yaşındakı Okyanus Cingöz də avtobus toqquşması nəticəsində həyatını itirmişdi.

Kazım Orbay Cingözün qəzadan saatlar əvvəl nişanlandığı Can Su isə sosial şəbəkədə ürək dağlayan paylaşımlar edib. Can Su nişanlısı Cingöz ilə şəkillərini paylaşaraq "Sonsuz eşqim sonum oldun, eşqim biz yenə də qovuşacağıq o biri dünyada, mən sənsiz yaşaya bilmərəm. Orbay qalx, geri dön, sənə ölüm yaraşmadı, sonsuz eşqim sonum oldun" sözlərini yazıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.