Dünya

35 yaşlı kişi 6 yaşlı qız ilə evləndi - FOTO

4 İyul 2015 13:03
19 Şərh     Baxış: 5 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan polisi 35 yaşlı kişi ilə 6 yaşlı qızın toyunu təşkil edən kişini axtarır.

Racastan əyalətinin polis əməkdaşlarının sözlərinə görə, Camuni Bay (51 yaşlı) yetkinlik yaşına çatmayan qızların nikahlarının təşkilatçısı kimi məşhurdur.

Bu barədə oxu.az Mirror-a istinadən xəbər verir.

Sövdələşmə üçün o, 350 funt götürürdü.

Bu yaxınlarda 35 yaşlı kişinin 6 yaşlı qızla nikah şəkilləri üzə çıxarılıb. Nikah vasitəçisi bu toyda beş şahiddən birinin olması ehtimal edilir.

Nikahın bu ilin iyun ayının 23-də məxfi şəkildə keçirildiyi ehtimal edilir.  

Bəy Ratan Lal Cat Qanqrar kənd şurasının seçilmiş üzvüdür.

Qədim Hindistan ənənəsinə görə, evli kişi evli qadınla əlaqədə ola bilər, əgər hər iki qadını maddi təmin edə bilirsə.  

Amma həm kişinin, həm də qadının mütləq evli olması lazımdır. Ratan evli olmadığı üçün valideynlərinin ona pul müqabilində verdikləri balaca qızla toy etmək qərarına gəlir. İndi Ratan sevdiyi evli qadınla rahat əlaqəyə girə bilər. Əlbəttə, məhkəmə ona hökm oxuduqdan sonra.

6 yaşlı Nata evli olmasına baxmayaraq valideynlərinin evində yaşamağa davam edə bilər.

Qanqrarın inspektoru Canendra Sinqx bəyan edib:

"Biz hadisə barədə fotoşəkillərin sosial şəbəkədə yayılmasından sonra xəbər tutduq. Biz şəkilləri əldə etdikdən sonra işi araşdırmaq üçün komanda yolladıq.

Bizə Ratan Lalın qədim ənənəyə riayət etmək üçün evləndiyi məlum oldu.

Bizim üçün isə bu, sadəcə, uşaq ilə nikahdır, ona görə də biz Ratan Lal Catı uşaqlarla nikahı qadağan edən 2006-cı il Aktına müvafiq olaraq həbs etmişik. Biz, həmçinin Camuni Bayın və bu nikahın bütün şahidlərini tutmaq üçün əməliyyata başlamışıq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.