Dünya

"Survivor"un qatil ulduzu həbs olundu - FOTO

3 İyul 2015 16:52
0 Şərh     Baxış: 1 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bosniya-Hersoqovinanın ən məşhur modellərindən biri, sabiq "Miss Bosnia" Slobodanka Toşiç Xorvatiyada həbs olunub.

Milli.Az European-a istinadən bildirir ki, serb əsilli 29 yaşlı model "Survivor"dakı iştirakından sonra məşhurlaşmış, Playboy jurnalı üçün çılpaq fotosessiyaya çəkilmişdi.

O, xüsusi amansızlıqla törədilmiş 5 qətldə və 4 milyon dollarlıq qarətdə suçlanır.
Xorvatiyada həbs olunmuş S.Toşiç Bosniya-Hersoqovinaya ekstradisiya olunub.

Slobodanka Toşiçin həbsi rəsmi Sarayevonun həyata keçirdiyi "Operation Doll" əməliyyatı çərçivəsində olub. Bu əməliyyat zamanı mütəşəkkil cinayətkar qruplaşmanın 32 üzvü həbs edilib.
Onun əlbir olduğu Darko Elezlə birlikdə ömürlük həbs cəzası alacağı gözlənlir.

S.Toşiçin məşuqları arasında Bosniya-Hersoqovinanın kriminal aləminin "xaç ata"larından biri Corcie Zdrale də vardı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.