Dünya

8 körpəsini qətlə yetirmiş qadına 9 il cəza

3 İyul 2015 13:35
11 Şərh     Baxış: 3 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada 8 övladını qətlə yetirmiş qadına 9 illik həbs cəzası verilib.

APA-nın "The Local" nəşrinə istinadən verdiyi məlumata görə, fərdi evlərdə tibb bacısı işləyən 51 yaşlı Dominik Kottre 1989-2000-ci illər ərzində dünyaya gətirdiyi uşaqların hamısını öldürüb.

Məlum olub ki, qadın uşaq vaxtlarından öz valideyni ilə intim münasibətdə olduğu üçün dünyaya gətirdiyi körpələrin atasının məhz onun olduğunü düşünüb və bu üzdən onları boğub. Lakin testlər göstərib ki, körpələrin atası qadının əri Pyer Mari Kottre olub.

D. Kottre artıq çəkidən əziyyət çəkdiyi üçün ətrafdakılar onun hamilə olduğunu bilməyiblər. Qadın uşaqları öz evində hamam otağında dünyaya gətirirmiş, sonra onları boğaraq meyitlərini evin yaxınlığında gizlədirmiş. Körpələrin bəzilərinin meyitləri qarajda, digərləri isə paltar dolablarında tapılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.