Dünya

Azərbaycanlı milyarderi 5 il həbs gözləyir

3 İyul 2015 12:05
1 Şərh     Baxış: 3 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"17 dekabr" rüşvət əməliyyatında həbs olunduqdan sonra sərbəst buraxılan iş adamı Rza Zərrab Osmanlı dövründə inşa edilən və 1970-ci ildə ikinci dərəcəli tarixi əsər olaraq qeydiyyata alınan tarixi köşkdə dəyişiklik etdiyi üçün 5 ilə qədər həbs oluna bilər.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul 6 Nömrəli Mədəniyyət Nümunələrini Qoruma heyəti Rza Zərrab və Ebru Gündəşə məxsus olan, qanunsuz mərtəbə və lift quraşdırılan tarixi bina ilə bağlı qərar verib.

Qurumun araşdırması zamanı məlum olub ki, restavrasiya zamanı 2960 saylı Boğaziçi Qanunu pozulub və  4-cü mərtəbə,  iki binanı bir-birinə birləşdirən tunel və lift təsdiq proyektində  qeyd edilməyib. Bundan sonra verilən qərara əsasən, Zərrab-Gündəş cütlüyünə aid binaya əlavə edilən mərtəbə və lift söküləcək və köşk əvvəlki vəziyyətinə qaytarılacaq, mülk sahibləri haqqında Respublika Prokuroluğunda 2863 saylı qanunun 9-cu maddəsinə əsasən cinayət işi açılacaq.

2863 saylı qanuna əsasən isə icazə alınmadan tarixi binaların quruluşlarında inşaat işləri aparanlar və fiziki müdaxilə edənlər və ya etdirənlər 2 ildən 5 ilə qədər həbs və 5 min lirə pul cəriməsi ilə cəzalandırılır.

Qeyd edək ki, Kanlıca sahilində yerləşən 3 binadan ibarət Mehmet Arif bəy Köşklərindən  ikisini 2011-ci ildə satın alan iş adamı ağ olanı öz adına alıb, sarı olanı isə həyat yoldaşı Ebru Gündeşə doğum günü hədiyyəsi olaraq vermişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.