Dünya

Donbassdakı rusiyalı generalların adları ABŞ-a təqdim edildi

3 İyul 2015 12:12
0 Şərh     Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ABŞ hökumətinə Rusiya ordusunun Donbass münaqişəsində iştirakına dair 30 səhifəlik sübut təqdim edib.

APA-nın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, sənədə əsasən separatçı "Luqansk Xalq Respublikası"ndakı silahlı dəstələrə Rusiya ordusunun general-mayorları Oleq Tsekov, Sergey Kuzovlev və Roman Şadrin, "Donetsk Xalq Respublikası"ndakı qüvvələrə isə general-mayorlar Valeri Solodçuk və Aleksey Zavizion komandanlıq edirlər.

Hesabatda bildirilir ki, Ukraynanın şərqindəki hərbi əməliyyatlarda Rusiya ordusunun azı 9 min nəfərdən ibarət 15 taktiki-batalyon qrupu iştirak edir.

Vaşinqtondakı mənbələr Ukrayna tərəfindən 30 səhifəlik hesabat aldıqlarını təsdiqləyərək orada əks olunmuş faktların ABŞ kəşfiyyatının məlumatları ilə üst-üstə düşdüyünü söyləyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.