Dünya

Sərnişin bərəsi batdı, ölənlərin sayı 38-ə yüksəldi

3 İyul 2015 10:11
1 Şərh     Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Filippində "MV Kim Nirvana-B" sərnişin bərəsənin batması nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Filippinin sahil mühafizə xidmətinin nümayəndəsi Arman Balilo bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 134 nəfər xilas olunub, 15 nəfər itkin düşüb.

Gecə boyu davam edən axtarış-xilasedici əməliyyata Hərbi Dəniz Qüvvələrinin gəmisi və Hərbi-Hava Qüvvələrinin iki təyyarəsi cəlb olunub.

Xatırladaq ki, Ormok limanından Kamotes adasına üzən "MV Kim Nirvana-B" sərnişin bərəsi hərəkətə başlayandan 20 dəqiqə sonra batıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.