Dünya

ABŞ FİFA "ov"undadır

2 İyul 2015 21:50
0 Şərh     Baxış: 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az BBC-yə istinadən bildirir ki, ABŞ İsveçrəyə FİFA-da korrupsiya ilə bağlı istintaq çərçivəsində bundan bir az əvvəl saxlanılmış təşkilat rəsmilərinin ekstradisiyası barədə vəsatət göndərib.

İsveçrənin federal ədliyyə idarəsi bildirib ki, onlar vəsatəti çərşənbə günü alıb.
Söhbət Sürixdə saxlanılmış və sistematik olaraq rüşvət almaqda şübhəli bilinən yeddi yüksək vəzifəli rəsmidən gedir. Onların saxlanılması ABŞ Federal Təhlükəsizlik İdarəsindən alınmış materiallar əsasında İsveçrə polisi tərəfindən həyata keçirilib.
İsveçrənin federal ədliyyə idarəsinin nümayəndəsinin dediyinə görə, saxlanılan yeddi nəfərin hamısı ekstradisiya barədə vəsatətə qarşı apellyasiya verə bilər.
Saxlanılanlar və onların vəkilləri 14 gün ərzində vəsatətlə bağlı qərarlarını bildirməlidir. Bu müddət uzadıla da bilər, lakin bunun üçün ciddi səbəblər olmalıdı.
Bundan sonra İsveçrənin federal ədliyyə idarəsi vəsatətlə bağlı "bir neçə həftə" qurtarana kimi qərarını verməlidi. Hər hansı qərara qarşı İsveçrənin federal cinayət məhkəməsi və federal ali məhkəməsi öz qərarını verə bilər.
Həbs olunanların hamısı hal-hazırda Sürixin ətrafındakı həbsxanalarda saxlanılır.
FİFA korrupsiya qalmaqalı mayın axırlarından başlayıb. İstintaqın nəticəsi olaraq ABŞ Federal Təhlükəsizlik İdarəsi 14 nəfərə qarşı ittiham irəli sürüb, onlardan 9-u FİFA-nın indiki yaxud keçmiş rəsmiləridir.
Bu qalmaqal fonunda FİFA prezidenti Zepp Blatter öz postundan getməyə razılıq verib. Onun varisini FİFA-nın dekabrdan tez olmamaq şərtilə keçirilıcək xüsusi konqresi seçməlidi.
Ona kimi Blatter FİFA prezidenti kimi fəaliyyətini davam etdirəcək.`
FİFA-daki qalmaqal futbol üzrə 2018 və 2022-ci ilin dünya çempionatlarına ev sahiblərinin seçilməsi prosesinin legitimliyi suallarını ortaya qoydu.
İyunun əvvəlində FİFA nümayəndələri İsveçrə istintaqına 2018 və 2022-ci ilin dünya çempionatlarına ev sahiblərinin seçilməsi barədə məlumat təqdim edib.
BBC-nin aldığı məlumata görə, bu məlumat FİFA-nin Sürixdəki iqamətgahındakı kompüterlərdən alınmış disklərdədir. Onların arasında Blatterin də işdə istifadə etdiyi kompüter də var.
İyununun əvvəlində İnterpol FİFA-nin 6 keçmiş rəsmisi barədə axtarış elan edib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.