Dünya

Kiyev hakimiyyəti parçalayır

2 İyul 2015 22:50
0 Şərh     Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna prezidenti Petro Poroşenko Ali Radaya ölkədə hakimiyyətin desentralizasiyası barədə qanun layihəsi təqdim edib.

Milli.Az BBC-yə istinadən bildirir ki, sənəd ölkə regionlarının hüquqlarının artırılması məqsədilə ölkə konstitusiyasına düzəlişlər edilməsini nəzərdə tutur.
Poroşenko bildirib ki, Kiev region hakimiyyətlərinə nəinki siyasi hüqüqların verilməsini, həmdə maliyyə üzərində nəzarəti də verməyə hazırdır.
Eyni zamanda o deyib ki, Donbasa xüsusi status verilməyəcək.
Poroşenko qeyd edir ki, "bu sənəd Donbas nümayəndələri ilə razılaşdırılıb".
Ukraynanın şərqindəki qondarma respublikaların nümayəndələri bir az əvvəl deyib ki, onların bu qanun layihəsi ilə heç bir əlaqəsi yoxdu, və onların iştirakı olmadan bu sənədin hazırlanmasını sülh razılaşmasının pozulması kimi qiymətləndirirlər.
Bununla əlaqədar, qondarma Donetsk Xalq Respublikasının nümayəndələri iyulun 2-i səhər saatlarında öz nəzarəti altında olan ərazidə xüsusi özünüidarəetmə rejiminin bərqərar olması və oktyabr ayında vaxtından əvvəl seçki keçirilməsi barədə elan edib.
Kreml sözçüsü Dmitri Peskov da Donbasa xüsusi statusun verilməməsini sülh razılaşması planından geriləmə adlandırıb və Ukrayna prezidentinə sülh sazişlərini yenidən oxumağı məsləhət görüb.
Konstitusiya dəyişiklikləri, hakimiyyətin mərkəzsizləşdirilməsi və Donbasa xüsusi statusun verilməsi Kievin qondarma respublikalarla imzaladığı atəşkəs sazişi çərçivəsində öz üzərinə götürdüyü öhdəliklər sırasına daxildir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.