Dünya

BBC-də böyük ixtisar başlanır

2 İyul 2015 22:20
0 Şərh     Baxış: 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tony Hall gözlənilən ixtisarlar barədə cümə axşamı günü bəyanat verib.
BBC lisenziya gəlirlərində 150 milyon funt büdcə boşluğu olduğu üçün 1000-dən çox iş yerini kəsəcək.
Defisitin əsas səbəbi kimi artan evlərin televiziya lisenziyasını ödəməkdən imtina etməsi göstərilir.
Bir çox ixtisarların peşəkar və köməkçi sahələrdə həyata keçiriləcəyi gözlənilir. Rəhbər vəzifələrdə isə islahatlar aparılacaq.
BBC-nin direktoru Tony Hall bildirib ki, bu ixtisarlarla şirkət təxminən 50 milyon funt qənaət etmiş olacaq və bundan sonra daha çox ixtisarlar həyata keçiriləcək.
Hall bildirib ki, BBC ağır maliyyə iqlimində "çətin seçimlə" qarşılaşıb.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.