Dünya

Vitse-prezidentin pişiyinə heykəl qoyulacaq - VİDEO - FOTO

2 İyul 2015 13:25
1 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tama Yaponiyanın ən məşhur pişiklərindən biri idi.
O, 2007-ci ildə Vakayama prefekturasının Kinokava şəhərindəki Kisi dəmiryol stansiyasına nəzarətçi təyin olunmuşdu.
Əslində, sahibsiz Tama stansiyada yaşayırdı və onu işçilər yemləyirdilər.

Milli.Az Yomiuri-yə istinadən bildirir ki, "Wakayama Electric Railway" dəmiryol şirkəti ağır maliyyə böhranına düçar olmuşdu. Kisi stansiyasının əməkdaşları da bütünlüklə ixtisar olunmalıydılar.
WER-in prezidenti Misunobu Kosima o vaxt demişdi: "Tamanın stansiya nəzarətçiliyinə təyinatı əslində bu sahibsiz heyvanı küçəyə qovmamaq istəyi idi. Amma Tama sonradan işini əla gördü".

Belində dəmiryolçu plaşı, başında furajka olan Tama stansiyanın girəcəyində xüsusi köşkdə oturaraq sərnişinləri "salamlayırdı".
Az sonra qəribə pişiyi görmək üçün yerlilərlə turistlər Kisi stansiyasına axışmağa başladılar. 
Tama "nəzarətçi" işlədiyi illərdə yerli iqtisadiyyata 1,1 milyard yen, yəni təqribən 9 milyon dollar qazandırdı.

Kisi stansiyası bağlanmaqdan qurtuldu, WER şirkəti problemlərini həll etdi, Tama da şirkətin vitse-prezidenti təyin olundu.
Tama iyunun 22-də, 16 yaşında öldü. Onun dəfninə 3 min yapon gəlmişdi.
İndisə Tamaya stansiyanın qarşısında heykəl qoymaq istəyirlər.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.